9 ildən sonra tamamlanan proqram - XOCALI SİRRİ - VİDEO
APA TV Xocalı soyqırımının ildönümündə maraqlı layihə hazırlayıb. Televiziya 2015-16-cı illərdə yayınlanmış "Üç Valet" verilişinin xüsusi buraxılışını Xocalıdan hazırlayıb.
Verilişin aparıcılarından biri olan Qabil Abbasoğlu deyib ki, 2016-cı ilin fevralında APA TV-nin "Üç Valet" verilişini Xocalı soyqırımının ildönümünə həsr etməyi qərara alıblar.
"Verilişə qonaq kimi həm Xocalı sakini, həm həmkarımız, həm də bu faciənin dünyada tanınması üçün məhdud imkanları ilə fədakarlıq göstərən Səriyyə Müslümqızını dəvət etmişdik. Verilişi hazırlayarkən belə bir quruluş düşündük ki, Xocalı faciəsi ədalətli qiymətini, bu vəhşiliyi törədənlər isə layiqli cəzasını almadığı üçün, üstəlik, qonağımız qadın olduğuna görə, üç kişinin ona sual ünvanlaması və onun cavablarını sakit dinləməsi çətin olacaq. Odur ki, biz təqdimatı verib, qonağı tamaşaçılarla baş-başa buraxdıq və studiyadan ayrıldıq. Verilişin sonuna qədər Səriyyə xanım həmin ağrılı hadisələri göz yaşları içində anlatdı. Sonda studiyaya döndük və aparıcı İlqar Rəsul verilişi yekunlaşdırarkən dedi ki, Xocalı hadisələri barədə xeyli suallar açıq qalıb, amma o sualların cavabı mütləq veriləcək, o cavabı verməliyik və verəcəyik".
Qabil Abbasoğlu qeyd edib ki, 2020-ci il Vətən Müharibəsində və 2023-cü il antiterror əməliyyatları zamanı bu cavablar Azərbaycan Ordusu tərəfindən ləyaqətlə verildi: "2024-cü ilin yazında isə Səriyyə xanım Xocalıya - doğulub boya-başa çatdığı evə qayıtdı. Bu, 9 il əvvəl yarımçıq qalmış verilişi öz məntiqi sonluğuna çatdırmaq ideyasını yaratdı. "Üç Valet" layihəsi artıq çoxdan bitmişdi, lakin bu mövzu hələ də açıq qalırdı. “APA Group”-un rəhbəri Vüsalə Mahirqızı ilə danışıb, Səriyyə xanımla studiyada yarımçıq qalmış söhbəti Xocalıdakı evində davam etdirməyi qərarlaşdırdıq. Xocalıda Səriyyə xanımın evində qonaq olduq, bu dəfə başqa aurada, bərpa olunmuş ədalət, verilmiş cəza kontekstində, pozitiv ovqatda bir veriliş çəkdik. Bu, çoxdan fəaliyyətini dayandırmış "Üç Valet"in xüsusi buraxılışı oldu”.
Xatırladaq ki, "Üç Valet" verilişi APA TV-nin maraqlı layihələrindən biri olub. Layihəni tanınmış jurnalistlər Qabil Abbasoğlu, İlqar Əlfi və İlqar Rəsul aparıb.
Oxşar xəbərlər
Ombudsman Xocalı soyqırımının törədildiyi ərazidə olub - VİDEO
Haaqada Xocalı faciəsindən bəhs edən kitabların təqdimatı keçirilib
"Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Xankəndidə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO
Britaniyanın Azərbaycandakı səfiri Xocalı faciəsi ilə bağlı paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
