Xankəndidə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO
sizinxeber.az xəbər saytı

Xankəndidə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO


Xankəndidə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.

Sizinxeber.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ Unversitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Dövlət himninin səsələnməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Xocalı şahidləri, Xocalı şəhidlərinin doğmaları soyqırımı törədilən dəhşətli gecədən danışıblar.

Oğlu, qardaşı, həyat yoldaşı ilə birlikdə ailəsinin 14 üzvünü Xocalı faciəsində itirən Elmira Allahverdiyeva və digərləri faciənin xalqımıza yaşatdığı ağır mənəvi-psixoloji iztirablarıdan, erməni vəhşiliklərindən söz açıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhramanov Xocalı soyqrımının bəşər tarixində ən ağır faciələrdən biri olduğunu, ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb. Xocalı həqiqətlərinin dünyaya çatdırılması sahəsində aparılan genişmiqyaslı işlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Anım mərasimində Xocalı soyqırımına dair hazırlanan videoçarxlar da nümayiş olunub.

Oxşar xəbərlər

Xankəndidə Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib - FOTO
Azərbaycanın Çindəki səfirliyində Xocalı qurbanları anılıb
Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq
Prezident Elçin Yusubova vəzifə verdi - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər