FHN “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirib - VİDEO - FOTO
Fövqəladə Hallar Nazirliyi (FHN) “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün növbəti təlim keçirib.
APA nazirliyə istinadən xəbər verir ki, FHN-in Cənub Regional Mərkəzi “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici təlim keçirib.
Təlimin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Təlimdə Nazirliyin aidiyyəti yerli strukturlarının və Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər və məktəbin kollektivi iştirak edib.
Təlimin nəzəri hissəsində fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, fövqəladə hallar zamanı ilkin psixoloji yardımın göstərilməsi və təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarxlar nümayiş olunub.
Təlimin praktiki hissəsində şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra məktəb kollektivinin təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğınla” mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, tədbir iştirakçılarına “zərərçəkmişlərin” xilas edilməsi və ilkin yardımın göstərilmə qaydası nümayiş olunub.
Daha sonra layihə içtirakçılarına xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.
Oxşar xəbərlər
FHN “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlimlər keçirib - VİDEO
FHN Gəncə Müalicə Diaqnostika Mərkəzində təlim keçirib - VİDEO
"Azərsun" Sənaye Parkında təlim keçirilib
FHN Lənkaranda hoteldə təlim keçirib - VİDEO
FHN internat tipli ümumtəhsil məktəbində təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












