FHN “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlimlər keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün Regional Mərkəzdə, o cümlədən Sumqayıt şəhər 1 və 31 nömrəli məktəblərdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici təlimlər keçirib.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Təlimlərdə Nazirliyin aidiyyəti strukturlarının və Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər və yuxarıda adları qeyd olunan məktəblərin kollektivi iştirak edib.
Təlimlərin nəzəri hissəsində fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, fövqəladə hallar zamanı ilkin psixoloji yardımın göstərilməsi və təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarxlar nümayiş olunub.
Təlimlərin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra məktbə kollektivinin təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğınla” mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, tədbir iştirakçılarına “zərərçəkmişlərin” xilas edilməsi və ilkin yardımın göstərilmə qaydası nümayiş olunub.
Daha sonra layihə içtirakçılarına xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.
Təlimlərin yekunu olaraq “Məktəblinin dostu” layihəsinə cəlb olunmuş şəxslərə sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər
FHN Gəncə Müalicə Diaqnostika Mərkəzində təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyi mülki müdafiə kursları keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərsun" Sənaye Parkında təlim keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












