Deputatlar peşə təhsili sahəsində təkliflərini açıqlayıblar
Orta məktəblərdə peşə təhsilinə marağı olan şagirdlər var, onların da təhsilinə diqqəti artırmaq lazımdır.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.
Deputat bildirib ki, onların gələcəkləri məvacib, iş yerləri ilə təmin olunma ilə bağlı narahatlıqları var: “Peşə təhsilini ümumiyyətlə, pulsuz etmək çox yaxşı olardı. Bu imkanı yalnız Qarabağda sosial baxımdan imkansız şəxslərə deyil, ümumiyyətlə, peşə təhsili almaq istəyən hər kəsə yaratmaq lazımdır. Belə bir addım gənclərə böyük stimul olar. Ümidli gəncliyin olması ümidli gələcəyin qurulması deməkdir. Ümumilikdə, Qayıdışı bütün yönləri ilə stimullaşdırmaq üçün bu qanun atılmış ən mühüm addımlardan biridir, qayıdış prosesinin bütün istiqamətlərdə təmin olunması deməkdir. İnanıram ki, bu qanun peşə təhsilinin funksionallıq qazanmasına, peşə məktəblərinin bütün bölgələrimizdə bərpasına stimul olacaq”.
Deputat Fatma Yıldırım qeyd edib ki, bu gün dövlətimizin əsas siyasəti işğaldan azad olunmuş əraziləri yenidən qurmaqdır: “Kənd və şəhərlərimiz yerlə-yeksan olmuşdu. Görülən işlər isə dünyaya mesajdır ki, biz qayıtmışıq. Təhsil də burda önəmli sahələrdən biridir. Peşə təhsilinə yalnız gənclər yox, orta yaşlı insanlar da üz tuturlar. Artıq əmək bazarında özünü təsdiq etmiş şirkətlər normativlərində ixtisas sənədi tələb edir. Ona görə də artıq insanlar başa düşür ki, peşə təhsili müəssisələrinə getməlidirlər. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük inşaat alanı sayılır. Oradakı müəssisələr də bu peşə məktəbində təhsil almış, məzun olmuş şəxsləri işlə təmin etməlidir. Məsələn, 2021-ci ildə Bərdədə açıqlan peşə məktəbi müasir standartlara cavab verir. İnsanlar Bərdədə peşə məktəbini oxuyur, müvəffəqiyyətlə bitirir, amma hara müraciət etməlidirlər? Dövlət Məşğulluq Agentliyinin nümayəndələri bildirir ki, çoxlu vakansiyalar var. Mən belə millət vəkili olaraq müraciət edəndə deyirlər ki, orada məskunlaşmış insanlara üstünlük veririk. Tək təhsil verməklə iş bitmir, təhsil almış insanlar işlə bağı zəmanəti, gələcəklərini görmək istəyirlər”.
Oxşar xəbərlər
Agentlik: Peşə təhsili almaq üçün 16 mindən çox şəxs müraciət edib
Deputat peşə təhsili sahəsində iki məqamı nəzərə almağı zəruri sayıb
Deputat: Zəfər tariximizin yenidən yazılmasını, ədəbiyyatda baxış yenilənməsini labüd edib
Agentlik direktoru: Peşə təhsili müəssisələrində inklüzivliyin təmin edilməsi üzrə nəticələr bizi qane etmir
Nazir: Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
