FHN-in Şimal Regional Mərkəzi ağacəkmə aksiyası keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi yanğınlar nəticəsində məhv olmuş meşəlik ərazilərin bərpası məqsədilə “Meşələrimizi yanğından qoruyaq” devizi altında ağacəkmə aksiyası keçirib.
Bu barədə Sizinxeber.az-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, Şabran rayonu ərazisində keçirilən ağacəkmə aksiyasında Regional Mərkəzin şəxsi heyəti ilə yanaşı, Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Şimal Regional Mərkəzi tərəfindən əvvəlcə ağacəkmə aksiyasının keçiriləcəyi ərazi xüsusi texnikalar vasitəsilə yanmış ağaclardan və kol-kosdan təmizlənib, şumlanıb, ağacların əkilməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra müxtəlif növ 200 ədəd meşə ağacının tingi əkilib və 50 kq palıd toxumu səpilib.
Tədbirin keçirilməsində məqsəd ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdən ibarət olub.
Oxşar xəbərlər
Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti dəfə ağacəkmə aksiyası keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
DSX və ETSN Zəfər Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ağacəkmə aksiyası keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbailda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












