Azərbaycanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb -   BİRGƏ MƏLUMAT
sizinxeber.az xəbər saytı

Azərbaycanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb - BİRGƏ MƏLUMAT


22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında deyilir.


Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.


Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.


Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.


Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.


Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.

Oxşar xəbərlər

SN: Azərbaycanda meymunçiçəyi xəstəliyinə dair şübhəli hallar qeydə alınmayıb - YENİLƏNİB
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb - RƏSMİ
Türkiyə Səhiyyə Nazirliyi meymunçiçəyinə yoluxma hallarının olmadığını açıqlayıb
Türkiyədə meymunçiçəyinə yoluxma şübhəsi ilə bir nəfər karantinə alınıb
Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle