ANAMA: Qazaxın azad edilmiş kəndlərində indiyədək 875 mina və 32 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib
Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir.
ANAMA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, icra edilən əməliyyatlar zamanı 59 ha ərazi təmizlənib, 780 ədəd piyada əleyhinə mina, 95 ədəd tank əleyhinə mina və 32 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.
Qeyd edilmiş ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Bu ərazilərdə minaların mina xətti kimi deyil, qrup minaları, yəni 5-6 və daha çox minadan ibarət formatda basdırılması hallarına rast gəlinir.
Eyni zamanda, həmin kəndlərə yaxın yerləşən ərazilərdə Agentlik nümayəndələri tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirləri həyata keçirilir, əhali ilə maarifləndirici görüşlər keçirilir.
Oxşar xəbərlər
Qazaxın azad edilmiş kəndlərində aşkarlanmış minaların sayı məlum olub
Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib
Azad edilmiş ərazilərdə daha 97 mina, 612 PHS aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
