Nazirlik: İşçilərin minimum əməkhaqqı yanvarın 1-dən 400 manatdan az ola bilməz
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilən əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi ilə bağlı “Əmək və Məşğulluq” altsistemi üzərindən işəgötürənlərə müraciət edib.
Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Müraciətdə bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı da 2025-ci il yanvarın 1-dən həmin məbləğdən az ola bilməz.
Ona görə də Dövlət Əmək Müfəttişliyi Xidməti minimum aylıq əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməklə “Əmək və Məşğulluq” altsisteminə daxil edilməli olduğunu işəgötürənlərin diqqətinə çatdırır.
Nazirliyin “Əmək və Məşğulluq” altsistemi vasitəsilə bu sahədə vəziyyətə mütəmadi nəzarət olunur. Əmək müqavilələrinə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə öz əksini tapır. Bu altsistem əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.
Oxşar xəbərlər
Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il 49 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il əmək qanunvericiliyi tələblərinin 2 128 halda pozulması faktı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək müqavilələrinin sayı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












