Azərbaycanlı tibb mütəxəssisləri və yaralıların yaxın qohumları Qazaxıstana yola salınır
sizinxeber.az xəbər saytı

Azərbaycanlı tibb mütəxəssisləri və yaralıların yaxın qohumları Qazaxıstana yola salınır


“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 soydaşımızın Qazaxıstan Respublikasında müalicəsi davam edir.

Səhiyyə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, yaralıların tezliklə sağalması üçün aparılan müalicə tədbirlərində tibbi dəstəklə yanaşı, mənəvi dəstək də çox önəmlidir. Bu məqsədlə, həm Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır.

"Qazaxıstana ezam olunan tibbi personal aparılan müalicə tədbirlərinin ölkələrin tibb mütəxəssisləri arasında koordinasiyalı təşkilini təmin edəcək, yaralıların yaxınları onların tezliklə əvvəlki sağlamlıqlarına qovuşmasında mənəvi dayaq olacaqlar. Yaralıların vəziyyəti qənaətbəxş və təxliyə üçün uyğun olduqda, onların dərhal Bakıya gətirilməsi təmin ediləcək", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Nazir: Bakıda müalicəsi davam edən yaralıların vəziyyətləri qənaətbəxşdir
Nazir: Yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir
Rusiya FHN-in xüsusi təyyarəsi qəzada xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq
Gürcüstan parlamentinin sədri Azərbaycan xalqına başsağlığı verib
Dövlət Departamenti: ABŞ təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstana kömək etməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər