Əməkdar pilot: Qəzanın təyyarənin salonunda balonun partlamasına görə baş verməsi iddiası absurddur, təyyarəyə qəlpələr dəyib
sizinxeber.az xəbər saytı

Əməkdar pilot: Qəzanın təyyarənin salonunda balonun partlamasına görə baş verməsi iddiası absurddur, təyyarəyə qəlpələr dəyib


"Bakı-Qroznı istiqaməti üzrə hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasına səbəb olaraq təyyarənin salonunda balonunun partlaması versiyasının irəli sürülməsi absurddur".

Bunu APA-ya açıqlamasında Azərbaycanın Əməkdar pilotu Tahir Ağaquliyev bildirib.

Tahir Ağaquliyev bildirib ki, təyyarənin göyərtəsində balonlar yoxdur, oksigen balonu var.

“Oksigen balonundan da hər hansı problem yarandığı hallarda istifadə olunur ki, sərnişinlər rahat nəfəs ala bilsinlər. Yalandan yazırlar ki, balon partlayıb. Belə şey ola bilməz”, - deyə Tahir Ağaquliyev qeyd edib.

Tahir Ağaquliyev bildirib ki, təyyarənin zədələnməsi raket partlayışından qəlpələrin yayılması nəticəsində baş verib: “Bunlar hidravlik sistemi, hidravlikanı zədələyən raket parçalarıdır. Təyyarənin sükanı hidravlika əsasında işləyir”.

Əməkdar pilot onu da vurğulayıb ki, göyərtədə oksigen maskalarının açılması yalnız salonun kipliyinin pozulması nəticəsində baş verir.

“Raket özü təyyarəyə dəyməyib, təyyarəyə qəlpələr dəyib. Raket haradasa 10 metr aralıda təyyarəyə çatmamış partlayıb. Balon məsələsi isə cəfəngiyyat, absurddur. Sadəcə, deməyə sözləri qalmayıb, kirlərini necə yuyacaqlarını bilmirlər”, - Tahir Ağaquliyev vurğulayıb.

Qeyd edək ki, Rusiya və digər ölkələrin informasiya resursları AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb kimi salonda balonunun partlaması versiyasını yayır.

Məlumat üçün deyək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Oxşar xəbərlər

AZAL-ın qəzaya uğramış təyyarəsində sağ qalan bələdçi: Təyyarənin salonunda qaz balonunun partlaması versiyası ağlasığmazdır - VİDEO
Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin baş verənləri DANIŞDI
Dövlət Departamenti: ABŞ təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstana kömək etməyə hazırdır
Maya Sandu: AZAL-ın təyyarəsinin qəzaya uğramasına görə dərin kədər hissi keçiririk
Moldova Prezidenti AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər