Xocalının Ballıca kəndinə növbəti köç yola salınıb
Xocalı rayonunun Ballıca kəndinə ikinci köç yola salınıb.
APA xəbər verir ki, köç bu gün - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutur.
Bu gün Ballıca kəndinə 21 ailənin - 119 nəfərin köçürülməsi nəzərdə tutulub. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər.
Ölkənin müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınıb.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.
Xatırladaq ki, dekabrın 13-də 27 ailə - 152 nəfər Ballıca kəndinə köçürülüb.
Oxşar xəbərlər
Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq
Xocalının Ballıca kəndinə köç karvanı yola salınır - FOTO
Köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Ballıcaya köçən sakin: "Bu gün xəyalımız, ən böyük arzumuz gerçəkləşib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
