Qəzada həlak olan 26 yaşlı Raminin atası: İsti geyim almışdı ki, Çeçenistan soyuq olur
“Özünə isti geyim almışdı ki, Çeçenistan soyuq olur, orada geyinər”.
Sizinxeber.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Şəmkir rayon sakini 26 yaşlı Ramin İbrahimovun atası Mahir İbrahimov deyib.
O bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş: “İsti paltarlar almışdı. Axşam yemək yedi. Ailəlikcə onu yola saldıq. Axırıncı dəfə səhər saat 9-a 11 dəqiqə işləmiş anasına səs göndərmişdi. Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir. Mən isə hadisənin baş verdiyini saat 11-də bildim”.
M.İbrahimov əlavə edib ki, hadisə barədə sosial şəbəkədən xəbər tutublar: “Mən evə gələndə qardaşım zəng edərək bildirdi ki, sosial şəbəkədə təyyarə qəzası ilə əlaqəli videoları görüb. Mən də tez televizoru açıb xəbəri gördüm”.
Selcan Zaurqızı
Fuad Nazimoğlu
Oxşar xəbərlər
Təyyarə qəzasında yaralanan şəxsin anası: Oğlum dedi yaralanmışam, xəstəxanadayam
Təyyarə qəzasında xəsarət alan şəxsin atası: "Zəng edib dedi ki, vəziyyətim yaxşıdır"
Təyyarə qəzasında sağ qalanlardan biri Lənkəran rayon sakinidir - FOTO
Milli Qəhrəman Mübariz İbrahimovun atası dəfn edilib - YENİLƏNİB
Manqistaunun Administrasiyasında təyyarə qəzası ilə bağlı qaynar xətt yaradılıb - TELEFON NÖMRƏSİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Ərdoğan Von der Leyenlə Hörmüz boğazını müzakirə edib
