Milli Qəhrəman Mübariz İbrahimovun atası dəfn edilib - YENİLƏNİB
Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn edilib.
APA xəbər verir ki, o, Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb.
***
12:00
Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.
APA xəbər verir ki, bu barədə Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimov məlumat verib.
TƏBİB-dən APA-ya bildirilib ki, oktyabrın 16-da saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.
"Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib. Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb". - deyə məlumatda bildirilib.
Qeyd edək ki, A.İbrahimov bir neçə il öncə açıq ürək əməliyyatı keçirmişdi.
Allah rəhmət eləsin.
Oxşar xəbərlər
Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTO
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
