Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək
sizinxeber.az xəbər saytı

Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək


Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək.

APA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universiteti və “ADA” Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyilə 14-18 yanvar tarixlərində müxtəlif təhsil pillələrində təhsil alan, eləcə də məzun olmuş gənc hüquqşünaslar üçün Bakı və Lənkəran şəhərlərində “Lex Camp” düşərgəsi keçiriləcək.
Düşərgə çərçivəsində gənc hüquqşünaslar üçün “Mülkiyyət hüququ: müdafiə və məsuliyyət arasında” mövzusunda yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif nəzəri və praktiki təlimlər, seminarlar və keyslər üzərində iş təşkil olunacaq, rəsmilərlə panel görüşləri və digər maraqlı və səmərəli fəaliyyətlər icra olunacaq.
Düşərgənin rəsmi-işgüzar dili və bütün rəsmi fəaliyyətlər ingilis dilində təşkil olunacaq;
Düşərgədə təhsilin istənilən pilləsində hüquq ixtisası üzrə oxuyan və ya məzun olmuş 25 yaşadək şəxslər iştirak etmək üçün müraciət edə bilər.
“Lex Camp” qış düşərgəsində iştirak etmək istəyən şəxslər dekabrın 30-dək qeydiyyat linkinə (https://bit.ly/lexcampapplyform) daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat başa çatdıqdan sonra uyğun namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Oxşar xəbərlər

Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzulidə məktəblilərin yay düşərgəsi təşkil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər