“Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün keçirilən tədbirdə fövqəladə hallar naziri, general polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov iştirak ediblər. Onlar tədbirdə müxtəlif əl işləri, maket nümunələri ilə tanış olublar.
Məktəblilərin aparıcılıq etdiyi tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib ki, bu, artıq 12-ci tədbirdir. Kəmaləddin Heydərov tədbirin məqsədinin uşaqları fövqəlada hallarla bağlı maarifləndirmək olduğunu vurğulayıb.
Nazir, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış edərək Fövqəladə Hallar Nazirliyiyinə uşaqlar üçün belə bir tədbirin təşkilinə görə təşəkkür ediblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib
Kəmaləddin Heydərov paytaxtın su basmış ərazilərində olub
Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edib
Nazir Kəmaləddin Heydərov rusiyalı həmkarına başsağlığı verib
FHN-də COP29 ilə əlaqədar müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
