Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 6-da Xaçmaz şəhərində, Nazirliyin Şimal Regional Mərkəzinin binasında Xaçmaz və Şabran rayonları sakinlərinin qəbulunu keçirib.
Əvvəlcə, nazir K.Heydərov Ümummilli Lider Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Xaçmaz və Şabran rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Ağdaşda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Ağdaş şəhərində vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












