Polis Akademiyasına qəbul üçün müsabiqə elan edilib
sizinxeber.az xəbər saytı

Polis Akademiyasına qəbul üçün müsabiqə elan edilib


Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan “Hüquqşünaslıq” ixtisasına 500, I qrupdan “İnformasiya təhlükəsizliyi” ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan, və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.
Xüsusi təyinatlı təhsil müəssisəsinə sənədlərin qəbulu 2025-ci il fevralın 23-dək namizədin daimi qeydiyyatda olduğu yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.
“Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisas fənləri üzrə müsabiqədən keçən abituriyentlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.
İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Oxşar xəbərlər

DİM Polis Akademiyasına iki ixtisas üzrə sənəd qəbulu elan edib
Polis Akademiyasına qəbul elan edilib
Polis Akademiyasına 500 nəfər kursant qəbul edilib
DİN “ASAN xidmət”də vakant vəzifələrə müsabiqə elan edib
DİN qadın namizədlərin xidmətə qəbulu üçün müsabiqə elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər