Ambulator müalicə üçün dərmanlar icbari tibbi sığorta paketinə daxil ediləcək
sizinxeber.az xəbər saytı

Ambulator müalicə üçün dərmanlar icbari tibbi sığorta paketinə daxil ediləcək


"Gələn ilin ikinci yarısından ambulator müalicə üçün dərman vasitələri ilə təmin edilmə icbari tibbi sığorta paketinə əlavə ediləcək".

Sizinxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ambulator müalicə üçün dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Zaur Əliyev, həmçinin gələn il icbari tibbi sığorta zərfində nəzərdə tutulan dəyişikliklər barədə də məlumat verib. Onun sözlərinə görə, beyin və boyun anevrizmalarının endovaskulyar üsulla aradan qaldırılması, Endovaskulyar lazer ablasiya (EVLA) intraabdominal venoz şuntlama və arteriovenoz fistulaların ləğvi, baş beyin biopsiyası və kəllə sümüklərinin metal lövhələrin yerləşdirilməsi, sidik ifrazat sistemi ventrikulyar şuntların qoyulması və dəyişdirilməsi, gözün arxa kamerasından implantasiya materiallarının çıxarılması gələn ildən icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə ediləcək.

Oxşar xəbərlər

Ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub
Ambulator müalicə dərmanlarının icbari tibbi sığorta təminatına alınması son oxunuşda təsdiqlənib 
Ambulator müalicə dərmanlarının icbari tibbi sığorta təminatına alınması I oxunuşda təsdiqlənib
Zaur Əliyev: Tibbi xidmətlərə müraciətlərin sayı 22 milyonu keçib
Bəzi dərmanlar sığorta hesabına qarşılanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle