Gəncədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılır
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Bununla əlaqədar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub.
Sizinxeber.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanı və Heydər Əliyev Park-Kompleksində ucaldılan abidələri idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin sakinlər tərəfindən gün ərzində ziyarət olunacaq.
Oxşar xəbərlər
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB
Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb - FOTO
Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib
Gəncədə “Mehriban xanım Əliyeva: humanizmin və xeyriyyəçiliyin hamisi” adlı kitabın təqdimat mərasimi keçirilib
Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













