Gəncə Şəhidlər xiyabanı təmir olunur - FOTO
Gəncə Şəhidlər xiyabanında təmir aparılır.
Bu barədə Sizinxeber.az-ya Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, Gəncə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, Nizami və Kəpəz Bələdiyyələri tərəfindən Şəhidlər xiyabanının ərazisində olan köhnə tamet daşları yenisi ilə əvəz olunur. Bununla əlaqədar olaraq, İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şəhidlər xiyabanında görülən işlərlə yerində tanış olub.
Şəhər icra başçısına bildirilib ki, ümümi sahəsi 3500 kv.m. olan ərazidə köhnə tamet daşları sökülərək yenisi ilə əvəz olunur. Hazırda 1000 kv.m sahənin daşları yenilənib, irəlidəki günlərdə isə sözügedən ərazidə işlər tam yekunlaşacaqdır. Bununla yanaşı, xiyabanda mütəmadi olaraq abadlıq işləri həyata keçirilir, məzarların təmizliyi daim diqqətdə saxlanılır.
Niyazi Bayramov görülən işlərə baxış keçirib, əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib.
Oxşar xəbərlər
Gəncədə Heydər Əliyev Park-Kompleksindəki süni göl bərpa edilir - FOTO
Gəncədə sakinlərlə səyyar görüş keçirilib
Niyazi Bayramov ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşüb
Niyazi Bayramov 30 nömrəli tam orta məktəbdə vətəndaşlarla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
