Fazil Qasımovun işi üzrə məhkəmə istintaqı başlayıb
sizinxeber.az xəbər saytı

Fazil Qasımovun işi üzrə məhkəmə istintaqı başlayıb


Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan olunub.
Dövlət ittihamçısı Fuad Musayev ittiham aktını səsləndirib.
Fazil Qasımov buna etiraz edərək vəsatəti olduğunu, vəkilinin iştirakı olmadan ittiham aktının elan olunmasının düzgün olmadığını, yeni vəkillə müqavilə bağladığını bildirib.
Lakin prokuror nitqini davam etdirib.
İttihama görə, Fazil Qasımov Qubad İbadoğlu və Anar Əliyev ilə qabaqcadan cinayət əlaqəsinə girərək mənbəyi naməlum olan saxta pul vəsaitlərini Türkiyədən Azərbaycana keçirib. Təqsirləndirilən Anar Əliyevin evində axtarış zamanı həmin pul vəsaiti - 20 min ABŞ dolları aşkar olunaraq götürülüb. Eyni zamanda onda odlu silah da aşkarlanıb.
Prokurorun çıxışından sonra vəkil Nemət Kərimli Fazil Qasımovun vəkili qismində iştirak edəcəyini bildirib.
Daha sonra Fazil Qasımov özünü yaxşı hiss etmədiyini söyləyib və onun halı pisləşib.
Proses dekabrın 12-dək təxirə salınıb.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.

Oxşar xəbərlər

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birgə ittiham olunan Anar Əliyevin məhkəməsi başlayıb
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birgə ittiham olunan şəxsin məhkəməsi başlayıb
Fazil Qasımovun məhkəməsində Qubad İbadoğlunun ifadə verməsi istənilib
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alimin ev dustaqlığı ilə bağlı vəsatəti təmin edilməyib
Fazil Qasımovun ev dustaqlığına buraxılması və cinayət işinə xitam verilməsi barədə vəsatətlər təmin edilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər