Azad olunmuş ərazilərdə məşğulluğun təmin olunmasında işəgötürənlərlə gələcək əməkdaşlıq müzakirə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha bir qrup işəgötürənlə görüş olub.
Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Görüşdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri iştirak edib.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması məqsədilə icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verib.
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması, həmçinin onlar üçün peşə hazırlığı kurslarının təşkili işlərində işəgötürənlərlə davamlı əməkdaşlığın həyata keçirildiyi bildirilib. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq olunan güzəştlər diqqətə çatdırılıb.
Həmin ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması sahəsində görülmüş işlərdən bəhs olunub. İşəgötürənlərlə birgə bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Oxşar xəbərlər
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub
Qarabağ və Şərqi Zəngəzurda işəgötürənlərlə görüş keçirilib
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Azad olunan ərazilərdə 140-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












