DYP küləkli hava ilə əlaqədar müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar müraciət edib.
İdarədən Sizinxeber.az-ya verilən xəbərə görə, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidməti bu gündən başlayaraq iki gün ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı ilə bağlı xəbərdarlıq edib.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz hava şərtlərinə biganə yanaşmamağı, sürət həddini aşağı salmağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, nəqliyyat vasitələrini aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar, habelə ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri də ehtiyatlı olmalı, təhlükəsizlik qaydalarına daha ciddi əməl etməlidirlər".
Oxşar xəbərlər
FHN küləkli havada çimərliklərə gedənlərə müraciət edib
Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
