Azərbaycanda 6 günlük bayram tətili başlayıb
Azərbaycanda 6 günlük bayram tətili başlayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günüdür.
Oxşar xəbərlər
Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq
Bağçalarda tətil günlərinin vaxtı açıqlanıb
Sabahdan Azərbaycanda altıgünlük bayram tətili başlayır
Ramazan bayramıyla əlaqədar 5 gün iş olmayacaq
Payız tətilindən sonra altı günlük məktəblərdə noyabrın 23-ü dərs olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













