Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək küçələrdə nəqliyyatın hərəkətində fasilələr yaranacaq
sizinxeber.az xəbər saytı

Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək küçələrdə nəqliyyatın hərəkətində fasilələr yaranacaq


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Sizinxeber.az-nın xəbərinə görə, müraciətdə deyilir ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək:

-Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “Amay” Ticarət Mərkəzi;

-Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

-Yasamal parkı - Ə.Haqverdiyev küçəsi - H.Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

-“Olimpik Star” İdman və Əyləncə mərkəzi - S.Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - H.Əliyev sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;

-N.Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – H.Əliyev sarayı – Mərkəzi Bank – “28 Mall” Ticarət Mərkəzi;

Sürücülərdən yürüşün keçirildiyi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində qismən fasilələr yaranacağını nəzərə almaları xahiş edilir. Qeyd edilib ki, yürüşün marşrutlar üzrə hərəkəti yol-patrul xidməti əməkdaşları tərəfindən tənzimlənəcək.

Oxşar xəbərlər

Xankəndi, Şuşa, Laçın, Bakı və Gəncədə 8 Noyabr - Zəfər Günü ilə bağlı yürüşlər təşkil olunacaq
Zəfər Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüş keçiriləcək
Zəfər Günü Bakıda yürüş olacaq - Bu yollar bağlanacaq
8 Noyabr - Zəfər Günü ilə əlaqədar bir neçə mərkəzi yolda hərəkət məhdudlaşdırılacaq
Bakıda yağışa görə yollarda sıxlıq yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle