Müsabiqə yolu ilə işə qəbul edilmiş hüquqşünaslar prokurorluq işçilərinin əksəriyyətini təşkil edir
Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilir.
Bu barədə Sizinxeber.az-ya Baş Prokurorluqdan bildirilib.
Tədbir zamanı açılış nitqi ilə çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov namizədlərə uğurlar arzulayaraq bildirib ki, indiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1 faizini təşkil edir.
Hazırkı, yəni 26-cı müsabiqənin ikinci mərhələsinə ilk turda müvəffəqiyyət qazanmış 161 nəfər hüquqşünas iştirak edir.
Qeyd olunub ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.
Həmçinin, imtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edir.
Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 163 namizəd (o cümlədən 34 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
Oxşar xəbərlər
Prokurorluğa işə qəbulla əlaqədar sənəd verilməsi sentyabrın 30-da başa çatacaq
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə elan edib
Dekabrın 1-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
