“Məşğulluğa Dəstək Layihəsi” üzrə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ötən dövrdə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb.
Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, özünüməşğulluq proqramının genişləndirilməsində mühüm dəstək olan layihə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır.
2020-2025-ci illəri əhatə edən, 22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan Layihənin uğurlu icrasının nəticəsi olaraq, 2025-ci ilin sonunadək 25 mindən çox benefisiarın bu Layihəyə cəlb edilməsi hədəflənir.
Layihə iştirakçıları üçün Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” proqramı üzrə təlimlər də təşkil olunur. Onlara maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması, kiçik biznesin təşkili və s. üzrə bilik və bacarıqlar aşılanır.
Layihə üzrə kiçik biznesini quraraq uğurla inkişaf etdirən şəxslər bizneslərinin genişləndirmək üçün həvəsləndirmə mükafatları olaraq əlavə dəstəklə də təmin olunurlar.
“Məşğulluğa Dəstək Layihəsi” üzrə görülən işlərə beynəlxalq səviyyədə yüksək qiymət verilməsinin təzahürü kimi, bu il Layihə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin 2024-cü il üzrə mükafatı ilə təltif olunub.
Oxşar xəbərlər
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 129 min şəxsə 354 min xidmət göstərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Postmüharibə dövründə xidmət göstərilən müharibə iştirakçılarının sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












