Bakı İqlim Fəaliyyəti Həftəsi başlayıb
Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü keçirilir.
APA xəbər verir ki, açılış günündə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadari, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, Təşkilat Komitəsinin üzvləri və xarici qonaqlar iştirak edir.
Beynəlxalq perspektiv və yerli kontekslə Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) siyasət, özəl sektor, maliyyə, ticarət və investisiya, elm və akademiya, incəsənət və mədəniyyət, vətəndaş cəmiyyəti və media kimi əsas maraqlı tərəfləri bir araya gətirəcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi davamlı inkişaf üçün mövcud təşəbbüslər də daxil olmaqla, Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı milli söhbətin dərinləşdirilməsi və fəaliyyətin sürətləndirilməsi üçün əsas məqam olacaq. BİFH siyasi və biznes liderlərindən tutmuş yerli icmalara və gənclərə qədər hər kəsi cəlb etməyə çalışacaq. BİFH Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mövcud problemlərini həll etmək, neft və qaz kimi əsas sektorlarda indiyədək əldə edilmiş nailiyyətləri araşdırmaq, regionda və beynəlxalq miqyasda tərəfdaşlıqları yaratmaq və dərinləşdirmək üçün maarifləndirici və ruhlandırıcı platforma rolunu oynayacaq.
Oxşar xəbərlər
Bakı İqlim Fəaliyyəti Həftəsi işinə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadari: Bakı İqlim Həftəsinin fəaliyyəti bir çağırışdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elmar Məmmədov: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












