Füzuli şəhərində Anım Günü tədbiri keçirilib - FOTO
Füzuli şəhərində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, tədbir şəhidlərin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat katibi Leyla Sərabi çıxış edərək tədbirin məqsədi və əhəmiyyətindən danışıb, şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını vurğulayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov və digərləri çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyəti və şəhidlərin qəhrəmanlığı haqqında fikirlərini bildirib.
Vətən müharibəsi şəhidlərinin valideynləri xatirələrini və qəhrəmanlıq hekayələrini danışıblar.
Tədbirin bədii hissəsi 24 şəhid övladının iştirakı ilə baş tutan və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli şəhərində keçirilmiş Anım Gününə həsr olunan “Xarıbülbül” düşərgəsindən hazırlanan videoçarxın nümayişi ilə başlayıb. Daha sonra Prezident İlham Əliyevin müharibənin başlanması və rayonların azad edilməsi ilə bağlı çıxışlarından epizodlar göstərilib. Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa olunub.
Oxşar xəbərlər
Füzulidə 27 Sentyabr - Anım Günü qeyd edilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzulidə 27 Sentyabr - Anım Günü qeyd edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən müharibəsi şəhidləri anılır - FOTOLENT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi”nin açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
32 ildən sonra Xocalıda ilk Bilik Günü keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












