Tayvanda 8 hərbçi Çinə casusluq ittihamı ilə azadlıqdan məhrum edilib
sizinxeber.az xəbər saytı

Tayvanda 8 hərbçi Çinə casusluq ittihamı ilə azadlıqdan məhrum edilib


Tayvanda Çin üçün casusluq şəbəkəsi yaratmaqda ittiham olunan ehtiyatda olan zabit Çen Yu-hsin barəsində başlanan məhkəmə istintaqından sonra açılan iş yekunlaşıb.

Sizinxeber.az xəbər verir ki, bu haqda CNA televiziyası məlumat yayıb.

Tayvan Ali Məhkəməsi 2023-cü ilin noyabrında açılan iş üzrə mühakimə olunan 10 əsgərdən 8-ni 18 aydan 13 ilə qədər həbs cəzasına məhkum edib.

Məlumatda 2022-ci ildə Çin üçün casus şəbəkəsi qurmağa cəhd etməkdə şübhəli bilinən Çen haqqında başladılan istintaqda müttəhimin daha iki ehtiyatda olan zabiti ona kömək etməyə razı saldığı, 5 zabitin rüşvət müqabilində hərbi sirləri sızdırdığı qeyd edilib.

Oxşar xəbərlər

Tayvanda 5,8 bal gücündə zəlzələ baş verib
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
KİV: ABŞ və Rusiya arasında məhbus mübadiləsi olub, "Wall Street Journal"ın müxbiri azad edilib
Azərbaycanda meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün bütün imkanlar var - RƏSMİ
Ukraynada Yanukoviçin keçmiş mühafizəçisi Rusiyaya casusluq etməkdə şübhəli bilinir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər