KİV: ABŞ və Rusiya arasında məhbus mübadiləsi olub, "Wall Street Journal"ın müxbiri azad edilib
Rusiyada 16 il müddətinə azadlıqdan məhrum edilən "Wall Street Journal"ın (WSJ) müxbiri Evan Gerşkoviç azadlığa çıxıb.
APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı şəxslərə istinadən xəbər yayıb.
Bildirilib ki, Gerşkoviç Rusiya və ABŞ arasında məhbus mübadiləsi çərçivəsində azad olunub.
Xatırladaq ki, 32 yaşlı jurnalist 2023-cü ilin martında Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən Yekaterinburqda reportaj hazırlayarkən həbs edilib.
O, ABŞ-ın göstərişi ilə hərəkət etməkdə və hərbçilərlə bağlı dövlət sirrini toplamaqda ittiham olunub. ABŞ hökuməti Gerşkoviçin heç vaxt onun üçün işləmədiyini və casus olmadığını bəyan edib. Müxbir və WSJ də bu ittihamı rədd edib.
WSJ-nin müxbiri ilə yanaşı keçmiş ABŞ dəniz piyadası Paul Uelanın da azad olunduğu bildirilir.
"Bloomberg" qeyd edir ki, əldə olunmuş razılaşmaya əsasən ABŞ və onun müttəfiqləri də saxladıqları məhbusları Rusiyaya qaytarıblar.
Mübadilə ilə bağlı əlavə təfərrüatlar hələ açıqlanmayıb.
Oxşar xəbərlər
Rusiyada 130 min nəfər hərbi xidmətə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanında nüvə beşliyi ölkələrinin işçi görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ müdafiə naziri "Hizbullah" və İsrail arasında döyüşün qaçılmaz olduğuna inanmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












