sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tayvanda 5,8 bal gücündə zəlzələ baş verib
Tayvan sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ bir milyondan çox əhalisi olan Tayçunq şəhərindən 104 kilometr şərqdə qeydə alınıb.
Zəlzələ ocağı yerin 20 kilometr dərinliyində yerləşib.
Aprelin 3-də Tayvanda son 25 ilin ən güclüsü hesab edilən 7,5 bal gücündə zəlzələ baş verib. İlk təkanlardan 15 dəqiqə sonra meteoroloqlar 6,6 bal gücündə təkrar zəlzələnin baş verdiyini bildiriblər.
Oxşar xəbərlər
Oman sahillərində zəlzələ olub
Türkiyədə zəlzələ baş verdi
İndoneziyada güclü zəlzələ baş verib
Çanakkaledə baş verən zəlzələ İstanbulda da hiss olunub - YENİLƏNİB
Çili sahillərində güclü zəlzələ olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













