Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib - FOTO
sizinxeber.az xəbər saytı

Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib - FOTO


Havaların yağıntılı olması ilə Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.

Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, son günlər yağan yağışlar Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub. Yolun 147-ci kilometrliyində sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.

Sürüşmə əsasən yolun bir hərəkət zolağında qeydə alınıb. Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi yararsız vəziyyətə düşüb. İkizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə davam etdirilir.

Hazırda həmin istiqamətdə hərəkət edən sürücülər çətinlik çəkirlər. Avtomobillərin hərəkəti növbəli şəkildə davam etdirilir.

Əraziyə xəbərdaredici nişanlar yerləşdirilib. Yol polisi əməkdaşları tərəfindən hərəkətə nəzarət edilir.

Qeyd edək ki, həmin ərazidə ötən il də torpaq sürüşməsi baş vermişdi.

Oxşar xəbərlər

Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib
Ağsuda  torpaq sürüşməsi baş verib
Şamaxıda torpaq sürüşməsi olub, yol çöküb - FOTO
Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Yol qismən BAĞLANDI - FOTO
Güclü sel Bakı-Şamaxı yolunda avtomobillərin hərəkəti üçün çətinlik yaradıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər