Güclü sel Bakı-Şamaxı yolunda avtomobillərin hərəkəti üçün çətinlik yaradıb
sizinxeber.az xəbər saytı

Güclü sel Bakı-Şamaxı yolunda avtomobillərin hərəkəti üçün çətinlik yaradıb


Güclü yağışlar nəticəsində dağlardan gələn sel Bakı-Şamaxı yolunu iflic vəziyyətinə salıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, Qobustan dağlarına yağan leysan nəticəsində yaranan selin gətirdiyi daş və torpaq kütləsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 78-ci kilometrliyində hərəkəti iflic edib.

Təmizləyici qurğular selin ağırlığına tab gətirməyib, sel suları yolun hərəkət hissəsinə yayılıb.

Nəticədə avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.

Hazırda yolda ciddi maneə olmasa da, vəziyyətin yenidən pisləşməsi istisna deyil.

Qeyd edək ki, yağışlı hava davam edir.

Oxşar xəbərlər

Leysan yağışları nəticəsində Bakı-Şamaxı-Yevlax yolunda yaranan çətinlik aradan qaldırılıb
Leysan yağışları nəticəsində Bakı-Şamaxı-Yevlax yolunda yaranan çətinlik aradan qaldırılıb - FOTO
Güclü yağış Bakı-Şamaxı yolunda avtomobillərin hərəkətində maneə yaradıb
Ağsuda  torpaq sürüşməsi baş verib
Yol polisi: Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər