Sabah hava 22 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
sizinxeber.az xəbər saytı

Sabah hava 22 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU


Azərbaycanda mayın 8-də havanın yağmurlu keçəcəyi gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-20° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-20° isti olacaq.

Oxşar xəbərlər

Sabah 23 dərəcə isti gözlənilir - PROQNOZ
Sabah Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək
Sabah leysan yağacaq, güclü külək əsəcək
Sabah Bakıda leysan olacaq, rayonlara sulu qar yağacaq və dolu düşəcək
Bazar günü leysan yağacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər