UNEC “İnsan resurslarının idarəedilməsi” mini-MBA təlim proqramına start verir
sizinxeber.az xəbər saytı

UNEC “İnsan resurslarının idarəedilməsi” mini-MBA təlim proqramına start verir


UNEC Ömürboyu Təhsil Mərkəzi “İnsan resurslarının idarəedilməsi (HRM)” mini-MBA sertifikatlı təlim proqramına start verir.

UNEC-dən Sizinxeber.az-ya verilən xəbərə görə, proqram HR-ın əsas idarəetmə bacarıqlarını inkisaf etdirmək məqsədi daşıyır və xüsusi idarəetmə təcrübələrinə uyğunlasdırılıb. Aparıcı qurumların rəhbər şəxsləri, eləcə də peşəkar təlimçilər tərəfindən keçiləcək proqramda iştirakçılar qısa müddətdə HRM-in bütün idarəetmə sistemini öyrənmək, işdən ayrılmayaraq, HRM üzrə təcrübə qazanmaq və şəbəkələşmə üzrə bilik və bacarıqlar əldə edəcəklər.

6 aylıq proqramın sonunda təlimi uğurla bitirənlər UNEC-in mini MBA sertifikatını qazanacaqlar.

Təlimlər sentyabrın 15-də başlayır. 5 moduldan ibarət olan təlim proqramı HR strateji tərəfdaş, İstedadların cəlbi və iş yerində saxlanılması, İstedadların inkişafı və idarə edilməsi, HR analitika və hesabatlıq, Əmək qanunvericiliyi və kadr işi kazgüzarlığı mövzularını əhatə edir.

Dərslər həftədə 2 dəfə, 19:00-21:30 aralığında təşkil olunacaq.

Təlim ödənişlidir.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Əlaqə nömrəsi: 994 55 561 00 67

Oxşar xəbərlər

UNEC qlobal reytinqdə 684 pillə irəliləyib
COP29 Azərbaycan Əməliyyat Şirkəti genişmiqyaslı təlim proqramı keçirib
Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib
Emin Əmrullayev əmək fəaliyyətinə başlayan “Maarifçi”lərlə görüşüb
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər