UNEC qlobal reytinqdə 684 pillə irəliləyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
iy
2024
14:50
0
0
1 101

UNEC qlobal reytinqdə 684 pillə irəliləyib

20 iy, 2024
14:50
1 101

UNEC qlobal reytinqdə 684 pillə irəliləyib

Webometrics Reytinq Agentliyinin bu gün açıqladığı dünya universitetlərinin reytinqinə əsasən, (Azerbaijan | Ranking Web of Universities: Webometrics ranks 30000 institutions) UNEC Azərbaycanın ən yaxşı universitetidir, birinci yerdədir.
Bu barədə Sizinxeber.az-ya UNEC-dən bildirilib.
Məlumata görə, UNEC dünyanın 31606 universiteti arasında 2960-cı pilləyə yüksəlib. Ötən ilin iyul ayı ilə müqayisədə UNEC dünyada 684 pillə, yanvarla müqayisədə isə 38 pillə irəliləyib.
Beləliklə, UNEC dünyanın ən yaxşı 10 faiz universitetləri sırasına daxil olub. Eləcə də, UNEC Avropanın 5985 univetsiteti arasında 972-ci, Mərkəzi Şərqi Avropanın 2692 universiteti arasında isə 206-cı yerə yüksəlib.

Bizimlə əlaqə saxlayın