Sumqayıtda şəhid Coşqun Zeynallının adını daşıyan küçəyə asfalt örtüyü çəkilib
Sumqayıtda şəhidlərin xatirəsinə göstərilən diqqət və qayğının daha bir nümunəsi reallaşdırılıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı əsasında, Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə Xəzri-2 yaşayış massivində yerləşən şəhid Coşqun Zeynallının adını daşıyan küçəyə asfalt örtüyü çəkilib.
Bu barədə Sizinxeber.az-ya İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, əraziyə müasir texnikalar və çoxsaylı canlı qüvvə cəlb olunaraq, qısa müddətdə yolun tam bərpası təmin edilib: "Küçənin asfaltlanması həm vətəndaşların gündəlik həyat şəraitinin yaxşılaşdırılması, həm də şəhidlərimizin xatirəsinin uca tutulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sakinlər, xüsusilə də şəhid Coşqun Zeynallının ailə üzvləri görülən işlərə görə ölkə rəhbərliyinə, dərin təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, şəhidlərin adının əbədiləşdirilməsi və bu adlara layiq şəraitin yaradılması dövlətin və xalqın şəhidlərə olan sonsuz ehtiramının bariz göstəricisidir".
Qeyd edilib ki, Sumqayıt Bələdiyyəsi tərəfindən şəhərin müxtəlif ərazilərində bu kimi abadlıq və yenidənqurma işləri mütəmadi olaraq həyata keçirilir. Şəhidlərin adlarını daşıyan küçə və məhəllələrin abadlaşdırılması istiqamətində xüsusi diqqət göstərilir.
Bu təşəbbüslər bir tərəfdən şəhərin infrastrukturunun müasirləşdirilməsinə, digər tərəfdən isə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xidmət edir.
Oxşar xəbərlər
Sumqayıtda bir sıra küçələr asfaltlanacaq - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda Qurban bayramı münasibətilə iki minə yaxın ailəyə bayram payı verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda vətəndaşların müraciətləri yerində dinlənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda vətəndaş qəbulu keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












