ƏƏSMN: Müddətsiz əlillik təyinatına əsas verən meyarların sayı 51-dən 286-ə çatdırılıb
sizinxeber.az xəbər saytı

ƏƏSMN: Müddətsiz əlillik təyinatına əsas verən meyarların sayı 51-dən 286-ə çatdırılıb


Müddətsiz əlillik təyinatına əsas verən meyarların sayı 51-dən 286-ə çatdırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik və reabilitasiya sahəsində görülən işlərə dair keçirilən infosessiyada bildirilib.

İnfosessiyada əlilliyin qiymətləndirilməsi sahəsində 2022-ci ilin iyul ayından tətbiq olunan yeni meyarların vətəndaş məmnunluğuna yönələn üstünlükləri diqqətə çatdırılıb.

Bu meyarların tətbiqi ilə əlillik təyinatının orqanizminin funksiyalarının itirilməsi faizləri müəyyən edilməklə aparıldığı, əlillik təyinatına əsas verən meyarların sayının 5 dəfə artırıldığı qeyd edilib.

Aparılan işlər nəticəsində 2018-2024-cü illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayının dəfələrlə artdığı vurğulanıb.

Oxşar xəbərlər

Naxçıvanda cari ilin səkkiz ayı ərzində əlillik təyin olunan şəxslərin sayı açıqlanıb
Bu ilin yanvar-oktyabr ayları üzrə Naxçıvanda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb
Bu il 36 min 400 nəfərə əlillik təyin olunub
Bu il 29 minə yaxın şəxsə əlillik təyin edilib
36,4 min şəxsə əlillik təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər