Sahil Babayev Qubada vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Sahil Babayev Qubada vətəndaşları qəbul edib


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Quba rayonunda Quba və Qusar rayonlarının sakinlərini qəbul edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, qəbulda vətəndaşlar məşğulluq, əlillik, mənzillə təminat, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Oxşar xəbərlər

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
Sahil Babayev Oğuzda vətəndaşları qəbul edib
Sahil Babayev Qaxda vətəndaşları qəbul edib
Sahil Babayev Qubada vətəndaşları qəbul edəcək
Sahil Babayev Qax rayonunda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər