Komitə sədri: Özünüməşğulluq proqramı sosial sahədə həyata keçirilən ən uğurlu layihələrdən biridir
Özünüməşğulluq proqramı son illərdə bizim sosial sahədə, aktiv məşğulluğun həyata keçirilməsində ən uğurlu layihələrdən biridir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bunu nəinki vətəndaşlar öz həyatlarında, eləcə də Azərbaycan siyasətçiləri, iqtisadçıları da hiss edirlər.
"Özünüməşğulluq proqramı gələn il də daxil olmaqla, ümumilikdə 100 min ailəni əhatə edəcək. Dünya ölkələrində özünüməşğulluq layihəsinin icrası əgər son iki il ərzində 50%-in üzərindədirsə, o, baş tutmuş layihə sayılır. Azərbaycanda isə iki ilin göstəricisi 80%-in üzərindədir. Əlbəttə, 100 min adamın qoşulduğu prosesdə 1% xəta olarsa, bu, 1000 adam deməkdir. Biz bunu da qiymətləndirməliyik", - komitə sədri bildirib.
Oxşar xəbərlər
Naxçıvanda 745 nəfər işsiz özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub
Milli Məclisin komitə sədri Moldovada seçkiləri müşahidə edəcək
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
Azərbaycanda çoxuşaqlı anlayışının beş uşaqdan üç uşağa endirilməsi təklif olunur
Azad olunan ərazilərə köçürülən 3,5 min sakinin məşğulluğu təmin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












