Ölkə üzrə kadr resurslarının vahid elektron bazası ƏMAS-da toplanıb
Ölkə üzrə kadr resurslarının vahid elektron bazası Əmək və Məşğulluq Altsistemində (ƏMAS) toplanıb.
"Report" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyinin Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdir müavini, ƏMAS-a nəzarət sektorunun müdiri Aynurə Tağıyeva ƏMAS və əmək qanunvericiliyinə edilmiş dəyişikliklər barədə keçirilən tədbirdə deyib.
O, təklif olunan sistemdə işaxtaranlar bilik, bacarıq və səriştələrinə uyğun vakansiyalarla, işçi axtaranlar isə tələblərinə uyğun namizədlərlə sistem vasitəsilə birbaşa əlaqələndiriləcəyini bildirib: "Hər bir əməliyyat barədə vətəndaşlar və işəgötürənlər dərhal məlumatlandırılacaq".
A.Tağıyeva əmək müqaviləsinin elektron sənəd formasında bağlanması istiqaməti üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən işlərdən də danışıb: "Dəyişikliklər sayəsində pilot layihə çərçivəsində nazirliyin strukturunda və tabeliyində olan qurumlarda onlayn müqaviləyə keçid tam təmin edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun tabe qurumları tərəfindən də onlayn müqaviləyə keçidin tətbiqinə başlanıb".
Oxşar xəbərlər
ƏMAS platformasında e-qaydada artıq 270 mindən çox əmək müqaviləsi imzalanıb
ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb
Azərbaycanda əmək müqavilələri elektron qaydada bağlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
