ƏMAS platformasında e-qaydada artıq 270 mindən çox əmək müqaviləsi imzalanıb
sizinxeber.az xəbər saytı

ƏMAS platformasında e-qaydada artıq 270 mindən çox əmək müqaviləsi imzalanıb


Prezident İlham Əliyev tərəfindən 12 avqust 2024-cü il tarixdə imzalanan qanunvericilik aktları əsasında tətbiq olunan innovativ yeniliklərdən biri olaraq işçi və işəgötürənlər arasında əmək müqavilələrinin bağlanması e-qaydada həyata keçirilir.

"Report" xəbər verir ki, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platforması üzərindən artıq 270 mindən çox əmək müqaviləsi imzalanıb.

Əmək müqavilələrinin elektron sənəd formasında bağlanması, həmçinin əmək müqaviləsinin dəyişdirilməsi, ona xitam verilməsi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir.

Müqavilənin bağlanması, dəyişdirilməsi və ya ona xitam verilməsi yalnız ƏMAS üzərində imzalandıqdan sonra hüquqi qüvvəyə minir.

Hazırda proses davam edir və bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa, 142 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda əmək müqavilələri elektron qaydada bağlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək müqavilələrinin onlayn imzalanmasının SİMA İmza ilə də həyata keçirilməsi imkanı yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“SİMA İmza” ilə ƏMAS-da 150 mindən çox müqavilə imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşdiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər