Şirkətlərin işçilərin əmək müqaviləsini hansı qaydada ləğv edəcəyi açıqlanıb
İşəgötürən işçini bir ay qabaqcadan kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əgər deyilən vaxtda müqaviləyə xitam verilməyibsə, avtomatik olaraq uzadılmış sayılır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti şöbəsinin müdir müavini Mehman Abdullayev deyib.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə edilən dəyişikliklərlə əmək müqaviləsi işçi və işəgötürən arasında e-imza vasitəsilə elektron sənəd formasında bağlanılacaq:
"Bu müqavilənin dəyişdirilməsinə, ona xitam verilməsinin e-qaydada icra olunması, eləcə də əmək müqaviləsinin kollektiv qaydada bağlanmasının ləğvi, müqaviləyə xitam verilməsinin bu barədə əmr, sərəncam və ya qərarın işəgötürən tərəfindən elektron, informașiya sisteminə daxil edilərək e-imza ilə imzalandığı tarixdən qüvvəyə minməsi, e-sənəd formasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin əmr, sərəncam ve ya qərarının gücləndirilmiş e-imza ilə imzalanaraq işçinin informasiya sistemindəki e-kabinetində yerləşdirilməsi aiddir".
Oxşar xəbərlər
Azərbaycanda əmək müqavilələri elektron qaydada bağlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni qanunvericilik aktları əmək və məşğulluq sahələrində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə xidmət edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ƏMAS platformasında e-qaydada artıq 270 mindən çox əmək müqaviləsi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda əmək müqavilələri elektron qaydada bağlanacaq - QƏRAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












