DTX Akademiyasının rəisi: Hibrid təhdidlər arasında ən ciddi olanı kibertəhdidlərdir
Son dövrdə baş verən hadisələr informasiya təhlükəsizliyinin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.
"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi - 2025”in açılış mərasimində deyib.
O bildirib ki, XXI əsrdə ötən əsrdən fərqli olaraq informasiya bolluğu var:
"Əlbəttə, onlar arasında ziyanlılar da var. Hibrid təhdidlər arasında ən ciddi olanı kibertəhdidlərdir. Kibertəhlükəsizlik sahəsinin inkişafı kibersuverenliyi təmin edir. Kibersuverenliyini təmin etməyən dövlət klassik suverenliyini qoruya bilməz".
Oxşar xəbərlər
Rektor: “Kiber Yay Məktəbi" kadrların hazırlanması istiqamətində unikal layihədir
Pənah Musayev: "Kiber Yay Məktəbi" hər il daha çox iştirakçı ilə yadda qalır
Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib
Azərbaycan kritik infrastrukturun təhlükəsizliyinə yanaşmasını beynəlxalq tədbirdə təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
