Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişib
Yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan şərtlər dəyişib.
APA xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilib.
Qərara əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər:
-lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
-fəaliyyət növü üzrə normativ hüquqi aktların və işlərin aparılması qaydalarını müəyyənləşdirən texniki sənədlərin siyahısı;
- yanacaqdoldurma və qaz təchizatı obyektinin istismara qəbulu aktının surəti;
- yanacaqdoldurma və qaz təchizatı obyektində istifadə olunan partlayış
- yanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların “Texniki təhlükəsizlik sertifikatı”nın surəti;
- yanacaqdoldurma obyektində (mikro və kiçik sahibkarlıq subyektlərinə məxsus obyektlər istisna olmaqla) elektrik mühərrikli nəqliyyat vasitələri üçün 50 kVt-dan az olmayan nominal gücə malik elektrik enerjisi doldurma məntəqələrinin mövcudluğu;
- fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi;
- ərizəçinin görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizliyinə nəzarət sisteminə malik olması barədə sənədlərin surəti;
- yanacaqdoldurma məntəqəsinin texniki təhlükəsizlik bəyannaməsi.
Oxşar xəbərlər
Azərbaycanda qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumu artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumunun artırılmasını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi haqqında dəyişikliklər ilk oxunuşda qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY təhlükəli yüklərin daşınması üçün lisenziya almayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azpetrol” yanacaqdoldurma məntəqələrinin sayını 108-ə çatdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












