“Azərişıq”: Azərbaycanda elektrik şəbəkələrinin 60%-dən çoxunun yenidən qurulmasına ehtiyac var
Ölkə üzrə elektrik şəbəkələrinin 60%-dən çoxunun yenidən qurulmasına ehtiyac var.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov deyib.
Ramil Yusifov bildirib ki, ən yaxşı beynəlxalq təcrübənin öyrənilərək səmərəlilik tətbiq edilməsi üzrə işlər davam etdirilməkdədir: “Ölkə üzrə şəbəkələrin 60%-dən çoxunun yenidən qurulmasına ehtiyac var. Regionlarda olan şəbəkələrinin əsas hissəsi 1950-1960-cı illərdə qurulan şəbəkələrdir. İlk dəfə olaraq Azərbaycanda paylayıcı enerji şəbəkələrində yerlə əlaqə olmayan, qısaqapanma səbəbindən işıq sönmələrinə səbəb olmayan materiallardan istifadə olunur. Bu materiallarda korroziya və aşınma ilə əlaqədar təhlükəli hallar olmur, qəza halları da azalır. Hər il ümumilikdə 1,1 milyon kilovat saat qənaət olunacaq elektrik enerjisi ortaya qoyacağıq. Enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 faizdən 8,5 faizə aşağı salınıb. Bu göstəricilər dünyanın ən qabaqcıl ölkələrinin nəticələri səviyyəsinə çatdırılmaqdadır.”.
Oxşar xəbərlər
Nazir müavini: 1,5 milyard kub metr qaza qənaət edəcəyik
Nazir müavini: Azərbaycanda binaların izolyasiyasızlığı nəticəsində çox ciddi enerji itiririk
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
“Azərişiq” Füzulidə sahibkarlarla görüş keçirib
“Dongfang Electronics Corporation” Azərbaycanda “ağıllı elektrik şəbəkələri”nin yaradılmasına dəstək olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
