OPEC Azərbaycanda yanvarda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 484 min barel səviyyəsində olub.
Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin noyabrında qeyd olunan göstərici 488 min barel, dekabrında isə 484 min barel təşkil edib.
Sənəddə bildirilir ki, ötən il Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel səviyyəsində olub, bu da 2023-cü ilin göstərici (504 min barel) ilə müqayisədə 22 min barel azdır.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan bu ilin yanvar ayında "OPEC+" çərçivəsində kvotadan 67 min barel geridə qalıb.
Oxşar xəbərlər
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC Azərbaycanda ötən il gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC noyabrda Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC: Azərbaycan gündəlik neft hasilatını artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC oktyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












