sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
BP: "Şahdəniz" yatağında "Bravo" platforması tam gücü ilə işləyir
"Şahdəniz" qaz-kondensat yatağında "Bravo" platforması tam gücü ilə işləyir.
Bu barədə "APA-Economics"ə açıqlamasında “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, platformada heç bir problem yoxdur.
""Alfa" platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşmişik. Bu səbəbdən də platformanı dayandırmalı olmuşuq. Platforma, oradakı insanlar və digər əlaqədar qurğular tam təhlükəsizdir", - Tamam Bayatlı qeyd edib.
O, bildirib ki, hazırda problemin mümkün qədər tez aradan qaldırılması üçün bütün lazımi işlər aparılır.
Oxşar xəbərlər
Klaudio Bravo 41 yaşında karyerasını başa vurub
Azərbaycanda 11 ayda 5.5 mln. ton neft emal edilib
"Beşiktaş" qələbə qazanıb, "Fənərbaxça" xal itirib
AÇG və “Şahdəniz”dən indiyədək 648 mln. ton neft hasil edilib
ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













